15.10.2024

Aviasiya: «Miq-29» qırıcıları

Miq-29 SSRİ hərbi sənayesinin istehsalıdır. Bu tip qırıcı təyyarələrin əsas vəzifəsi düşmən üzərində hava üstünlüyünü təmin etmək və hava məkanını qorumaqdır. Qırıcı müxtəlif tapşırıqları yerinə yetirməyə qadirdir, məsələn, yerüstü hədəflərə zərbələr endirmək, Hava Qüvvələrini düşmən hücumlarından qorumaq və kəşfiyyat aparmaq. MiG-29, döyüş sursatı 30 mərmi olan 150 mm kalibrli bir Aviasiya silahı ilə silahlanmışdır. Bundan əlavə, altı hava-hava tipli raketi ilə təchiz olunub. Zərurət yarandıqda bombardmançı funskiyasını yerinə yetirə bilər.

Təyyarənin gövdəsi əsasən allüminium ərintilərindən və dəmirdən, bəzi detallarda isə titan və qatışıq materiallardan istifadə edilmişdir. Qanadların əyilməsi ön kənarlara görə 42 dərəcədir. Qanadların üst səthində yarıqlar mövcuddur. Yarıqların əsas funksiyası qırıcının yerdə hərəkəti zamanı mühərrikləri hava ilə təmin etməkdir. Belə ki, yerdə hərəkət zamanı mühərriklərə hava aparan əsas kanallarının yer səthinə çox yaxın olması mühərrikə kənar cisimlərin düşməsinə səbəb ola bilər və bunun qarşısını almaq üçün onlar qapanırlar. Eleronlar hidravlik olaraq idarə olunsa da, Su-27-dən fərqli olaraq qanadlarda olan elektron idarəetmə sistemi yoxdur. Stabilizator tam dönməyə və differensial əyilməyə imkan verir.

Texniki göstəricilər:

Heyət: 1 və ya 2 nəfər.
Maksimum sürət: 2450 km/saat, 13.000 m yüksəklikdə.
Döyüş radiusu: 700 km.
Uçuş məsafəsi: 1430 km.
PPB-dən uçuş məsafəsi: 2 100 km.
Praktik tavan: 18 km.
Sürət: 300 m / s.
Uzunluq: 17, 32 m
Hündürlüyü: 4, 73 m.
Qanad aralığı: 11,36 m.
Boş çəki: 11,000 kq
Yüklü çəki: 16,800 kq
Maksimum qalxma çəkisi: 18,100 kq.

Nurlan Məmmədli

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: