21.05.2024

AVMVİB sədri XTQ-nin 25 illiyi ilə bağlı təbrik ünvanladı

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev bu gün Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasından 25 illiyi ilə bağlı XTQ rəhbərliyinə və şəxsi heyətə təbrik ünvanlamışdır. Təbrikdə deyilir:

«Xüsusi Təyinatlı Qüvvələr 1999-cu ildə yaradılıb və onun formalaşmasında Birinci Qarabağ müharibəsində iştirak edən zabit və gizirlərin xüsusi rolu olmuşdur.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə vahid komandanlıq altında birləşdirilən Azərbaycan Ordusunun xüsusi təyinatlı qüvvələri qardaş Türkiyə Silahlı Qüvvələri və onun Xüsusi Təyinatlı Qüvvələri ilə sıx əməkdaşlıqla formalaşdırılmışdır. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları xüsusi təyinatlı qüvvələrə yüksək diqqət yetirir və onların peşəkarlığının artırılması istiqamətində daim zəruri addımlar atmışdır.

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sıralarında Vətən müharibəsində iştirak etmiş və şərəfli döyüş yolu keçmiş yüzlərlə xüsusi təyinatlı qüvvələrin əsgər və zabitləri yer alır. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) adından Xüsusi Təyinatlı Qüvvələrin rəhbərliyini, şəxsi heyəti və bu hərbi birləşmə altında fəaliyyət göstərmiş veteran və qazilərimizi təbrik edir, şəhidlərimizə Uca Allahdan rəhmət diləyirəm!».

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: