27.07.2024

AVMVİB Naxçıvan MR təşkilatı üzvlüyə yeni qəbulla bağlı təqdimat mərasimi keçirib

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Naxçıvan MR təşkilatı, birliyin üzvülüyünə yeni qəbul edilmiş müharibə veteranlarına üzvülük vəsiqələrinin və döş nişanlarının təqdimat mərasimi keçirmişdir. Təqdimat mərasimində AVMVİB Naxçıvan MR təşkilatının sədri Rövşən İsmayılxanlı tədbiri giriş sözü ilə açaraq çıxışında bildirmişdir ki, üzvlərə vəsiqələrin və döş nişanlarının təqdim edilməsi onların Vətən qarşısında xidmətlərini əks etdirən diqqətdir.

Təqdimat mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Nəzarət-Təftiş Komissiyasının sədri Niyazi Quliyev də iştirak etmiş, çıxış edərək üzvlüyə qəbul olan müharibə veteranlarına uğurlar razulamış, onlarla xatirə şəkili çəkdirmişdir.

AVMVİB Mətbuat xidməti

Whats-App-Image-2024-04-17-at-18-59-18 Whats-App-Image-2024-04-17-at-18-59-18-1

Whats-App-Image-2024-04-17-at-18-59-19 Whats-App-Image-2024-04-17-at-18-59-19-1

Whats-App-Image-2024-04-17-at-18-59-49
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: