Ağır hərbi texnika: «Challenger-2» tankları
Challenger-2 Böyük Britaniyanın «BAE systems» çirkətinin istehsalı olan əsas döyüş tankıdır. Bu tankın zirehi tökmə polad tərkibli Chobham zirehi ilə təchiz olunub və dünyanın ən mükəmməl qorunan texnikalarından sayılır. Onun ekipajı yüngül çaplı silahlardan atılan atəşlərdən tam təhlükəsizdirlər. 120 mm topuyüksək sərrastlıqla 5 kilometrədək hədəfi vurur. Dünyada uzaq məsafədən tank-tank vurmasına görə rekord Challenger-2-yə məxsusdur. Mühərriki və sürəti başqa Qərb modelləri ilə müqayisədə nisbətən zəifdir. Amma mexaniki sazlığına söz ola bilməz. Hazırda Britaniya ordusunda 386, Oman ordusunda 38 belə tank var.
Challenger-2 praktikada döyüş sınağıdan çıxarılmışdır. Bu tanklar əsasən, Kosovo və İraqda gedən (2003-2010) döyüşlərdə istifadə edilmişdir. Hazırda Böyük Britaniyanın və Oman dövlətinin silahlı qüvvələrində aktiv istismardadır.
Əsas texniki göstəriciləri bunlardır:
Düz yolda gediş sürəti — 27 km
Yoldan kənar gediş sürəti — 33 km
Əsas silahdan atəş sayı — 34 atəş
7.62 mm çaplı pulemyotdan atış ayı 1000 atəş
Challenger-2 ilə müqayisə oluna biləcək tanklar Rusiyanın T-90 tipli «Vladimir» və İsrailin «Merkava» tanklarıdır.
Nurlan Məmmədli