27.07.2024

Veteran.az saytının redaktoru təltif edildi

Uzunmüddətli səmərəli və qüsursuz fəaliyyətinə görə www.veteran.az saytının redaktoru təltif edilib

09 aprel 2024-cü il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyindəki (AVMVİB) uzunmüddətli səmərəli və qüsursuz fəaliyyətinə görə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən «Böyük Zəfər» medalı ilə təltif olunmuş, AVMVİB-in İdarə Heyətinin qərarı ilə təşkilatın Fəxri üzvü seçilmişdir.

Qeyd edək ki, Məmmədov Nurlan Ramiz oğlu Bakı Slavyan Universitetinin Pedaqogika və psixologiya kafedrasının müəllimidir. O ötən tədris ilində Bakı Slavyan Universitetinn rektoru tərəfindən elmi-pedaqoji fəaliyyətinin nəticələrinə görə «İlin gənc müəllimi» diplomu ilə təltif edilmişdi. Nurlan Məmmədov eyni zamanda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyində ictimai əsaslarla fəaliyyət göstərir və 5 ilə yaxındır ki www.veteran.az saytının, habelə Veteran TV internet televiziyasısının redaktorudur. O, 44 günlük Vətən müharibəsi dövründə Orduya Dəstək Qərargahının fəal üzvlərindən olmuş və könüllü kimi iştirak etmişdir.

Təltifetmə mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurrahmanov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Nəzarət-Təftiş Komisiyyasının sədri Niyazi Quliyev iştirak etmişlər.

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: