24.04.2024

Fəda Abbasov müharibə veteranlarına göstərdiyi qayğıya görə təltif edildi

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki «Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi» MMC-nin direktoru Fəda Əli oğlu Abbasov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Fəxri üzvü seçilib və «Zəfər» xatirə medalı ilə təltif olunub.

Qeyd edək ki, Fəda Abbasov daim müharibə veteranlarının və şəhid ailələrinin problemlərinə həssaslıqla yanaşmış və bu sahədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Naziri cənab Məcnun Məmmədovun tövsiyyələrini rəhbər tutmuşdur.

Təltifetmə mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, AVMVİB-in təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurrəhmanov, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi və AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, AVMVİB Beyləqan rayon sədri Əlövsət Məmmədov iştirak etmişlər.

AVMVİB Mətbuat xidmətinin Qarabağ üzrə regional müxbiri
Elçin Qədirov

Jwyxr2S.md.jpg JwyxsTu.md.jpg Jwyx6v9.md.jpg JwyxU42.md.jpg JwyxQQj.md.jpg
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: