21.11.2024

Rusiyada 8 nəfərin ölmünə səbəb olmuş insidentin videosu yayılıb

Rusiyanın Zabaykal vilayətində hərbi hissədə xidmətdə olan hərbçilərin güllələnməsi haqqında xəbəri vermişdik.

İnsidentə səbəb rus ordusunda rus «soldatları» arasında geniş yayılmış «dedovşina», milli mənsubiyyət zəmnində təcavüzə uğrama və ən başlıcası velikorus şovinizminin təzahürləri olub.

Cinayəti 20 yaşlı əsgər tatar millətindən olan Ramil Şamsutdinov törədib. O, 8 hərbçini öldürüb (bəzi mənbələrdə 7 nəfər göstərilib, lakin Veteran.az-ın əldə etdiyi siyahıda daha çox adamın adı keçir-red.), 2-ni yaralayıb. Ramil hadisəni əsəb sisteminin pozulması nəticəsində törətdiyi bildirilmişdi. Digər məlumata görə isə, Şamsutdinov əsgər yoldaşlarını qeyri-qanuni münasibətlər səbəbindən güllələyib. Belə ki, xidmət yoldaşları tez-tez Şamsutdinovu ələ salırmış və incidirmiş.

O, polisə ifadəsində əməlindən peşman olmadığını deyib. Araşdırmalar davam edir.

İnsidentə səbəb olmuş hadisəni əks etdirən video görüntüləri təqdim edirik…

N. Məmmədli

Videoya baxmaq üçün bu linkə daxil olun!

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: