27.07.2024

Rusiya Azərbaycanlılarının FƏDAİLƏR Yardım Qrupu onları yenə sevindirdi

Qürbət yerdə, çətin iqtisadi şəraitdə, böyük zəhmət ilə qazandıqları ruzisini Vətənin qəhrəman oğullarının ailələri ilə bölən insanlar — o gözəgörünməz Fədailər heç qəlblərdən silinərmi? Əsla yox!

Hər əlamətdar bayramlarda olduğu kimi, bu il də, Bahar bayramı ərəfəsində, Rusiya Federasiyasında Azərbaycanlılardan ibarət FƏDAİLƏR Yardım Qrupu bu dəfə də ehtiyacı olan bir qrup Qarabağ müharibəsi veteranı və şəhid ailələrini bayram sovqatı ilə təbrik edərək onları sevindirmişdir.

Sovqatın ailələrə çatdırılması ilə bağlı təqdimetmə mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, AVMVİB Təftiş Komissiyasının sədri Niyazi Quliyev, həmçinin AVMVİB Şuşa şəhər şöbəsinin sədri Hafiz Qəmbərov, AVMVİB Xətai rayon şöbəsinin sədr müavini Əhli Həbiyev və digərləri iştirak etmişlər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev təqdimetmə mərasimində bildirmişdir ki, Rusiya Federasiyası FƏDAİLƏR Yardım Qrupu istər 44 günlük Vətən müharibəsindən əvvəl, istər 44 günlük Vətən müharibəsi dövründə və istərsə də, müharibədən sonrakı illərdə AVMVİB-in cəbhəyanı şöbələri də daxil olmaqla bir çox şöbələri ilə daim sıx təmasda olmuş, ümumilikdə, hər zaman Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yanında olaraq onun ehtiyacı olan üzvlərinə maddi və mənəvi köməklərini əsirgəməmişdir.

Sovqatı qəbul edən ailələr arasında yer alan Qarabağ müharibəsi veteranı Məmmədova Kəmalə, «Qarabağın Tutusu» adı ilə tanınan Qarabağ əlili Cumayeva Rüsxarə, həmçinin digər şəhid və veteran ailələlərin üzvləri Rusiya Federasiyası FƏDAİLƏR Yardım Qrupunun üzvlərinin hər birinə, o cümlədən bu qrupun rəhbəri doktor Cavid Nəzərova təşəkkürlərini bildirmiş, xeyirsevərlərə və onların ailə üzvlərinə salam-dualarını çatdırmış, Novruz bayramı münasibəti ilə onlara təbrik ünvanlamışlar.

Bu müqəddəs ayda bir daha növbəti xeyirxah addım atan Rusiya Federasiyası FƏDAİLƏR Yardım Qrupunun üzvlərinə təşəkkür edir, onlara işlərində uğurlar və əmin-amanlıq arzulayırıq!

AVMVİB Mətbuat xidməti

JXajlCg.md.jpg JXajYj1.md.jpg JXaj16J.md.jpg JXajhuI.md.jpg JXajMaR.md.jpg
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: