27.07.2024

AVMVİB-in keçirəcəyi tədbirlə bağlı Neftçala şəhər təhsil müəssisələrinə tapşırıq verildi

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli 28.02.2024-cü il tarixində vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, Neftçala rayon Bankə qəsəbə S.Vurğun adına 2 № tam orta məktəbdə vətəndaşların qəbulu çərçivəsində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Netfçala rayon şöbəsinin sədri Mübariz Hüseynovla da görüşmüşdür.

Görüşdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Netfçala rayon şöbəsi tərəfindən təşkil olunacaq «Gənclərə hərbi-vətənpərvərlik və milli-mənəvi dəyərlərin aşılanması» layihəsində Neftçala şəhərində yerləşən tədris müəssələrinin rəhbərlərinə bu tədbirin həyata keçirilməsinə zəruri kömək və dəstəklərini əsirgəməmək barədə tapşırıqlar vermişdir.

Qeyd edək ki, Neftçala şəhərində yerləşən müvafiq təhsil müəssisələrində hərbi-vətənpərvərlik və milli-mənəvi dəyərlərlə bağlı tədbirin keçirilməsinə zəruri köməyin göstərilməsi ilə bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Şirvan-Salyan Regional Təhsil İdarəsinə 12 oktyabr 2023-cü il tarixli, № STS-06 saylı məktub ünvanlamışdır. qeyd olunan tədbirin təşkil

Məlumat üçün bildirək ki, analoji tədbirlər bundan əvvəl də keçirilmiş və silsilə xarakter almışdır və bu səpkidə tədbirlər təhsil ocaqlarında keçirilmiş, tədris ocaqların rəhbərləri AVMVİN-ni Neftçala şöbəsinə sözün əsil mənasında canla-başla köməklik göstərmişlər.

Görüşdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimliyə AVMVİB təşkilatı adından “TƏŞƏKKÜRNAMƏ” təqdim edilmiş, AVMVİB-nin sədri Füzuli Rzaquliyev başda olmaqla bütün təşkilat üzvülərinə dərin minnətdarlıq ifadə olunmuşdur.

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: