24.04.2024

AVMVİB sədri Füzuli Rzaquliyev: «Xocalı soyqırımını heç vaxt unutmayacağıq!»

Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı soyqırımı onun qan yaddaşıdır. Xalqımız bu qan yaddaşını, Xocalı soyqırımını heç vaxt unutmayacaq! Bu soyqırımı törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları mənfur düşmənin hiyləgər məqsədini puç etdi. Xalqımız və Ordumuz 44 günlük Vətən Müharibəsi dövründə öz dövlətinin suverenliyi və ərazi bütövlüyünü bərpa etdi, şəhidlərin qanını yerdə qoymadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi.

Fedai.az  xəbər verir ki, bunu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birlyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev bu gün AVMVİB üzvləri ilə birlikdə Xocalı soyqırımı abidəsini ziyarət edərkən İctimai TV-yə müsahibəsində deyib.

AVMVİB sədri vurğulamışdır ki, müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırımı isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi! Xocalı faciəsi bir günün, bir gecənin hadisəsi deyildi. Ermənilər bu faciəyə Qarabağ münaqişəsi başladıqdan sonra hazırlıq görmüşdülər. Elə həmin vaxtdan da Xocalı qətliamının əsası qoyulurdu. 1991-ci ilin oktyabrında isə şəhərin blokadası tam başa çatdırılmışdı. Artıq Xocalıya gedən bütün avtomobil yolları bağlandığından şəhərə gediş-gəliş yalnız helikopterlər vasitəsilə həyata keçirilirdi. Belə vəziyyət şəhərə özünümüdafiə üçün silah, ərzaq və digər zəruri məhsulların çatdırılmasında ciddi problemlər yaradırdı. Təcrid vəziyyətinə düşmüş Xocalıya sonuncu helikopter isə 1992-ci il yanvar ayının 28-də endi. Şuşa səmasında çoxsaylı insan tələfatına səbəb olmuş helikopterin vurulması ilə şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən etibarən şəhərin elektrik enerjisi təchizatının dayandırılması, sanki yaxınlaşmaqda olan vahimədən, dəhşətli kabusdan xəbər verirdi. Belə bir şəraitdə xocalılılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla — diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülmüşdür.

Qeyd edək ki, Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Hər il olduğu kimi, bu il də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birlyinin (AVMVİB) rəhbərliyi, o cümlədən AVMVİB-in Bakı şəhər üzrə fəal şöbələrinin sədrləri və üzvləri hər il olduğu kimi, bu il də Xocalı soyqırımı abibəsini ziyarət etmiş, qurbanların ruhuna dualar oxumuşlar.

AVMVİB Mətbuat xidməti

JGjSU79.md.jpg JGjSvgS.md.jpg JGjSSd7.md.jpg JGjSk12.md.jpg JGjSgee.md.jpg JGjSrmu.md.jpg JGjS6zb.md.jpg JGjSPXj.md.jpg JGjSiLx.md.jpg JGjSLqQ.md.jpg JGjSQ1V.md.jpg JGjSZrB.md.jpg JGjSDdP.md.jpg JGjSb71.md.jpg JGjSmkF.md.jpg JGjSpmg.md.jpg JGjU9Ia.md.jpg
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: