27.07.2024

AVMVİB Neftçala rayon şöbəsi hərbi-vətəpərvərlik mövzusunda yazılan kitabın təqdimatında iştirak etmişdir

Bu gün Neftcala rayon Sakit Kərimov adına Qədimkənd kənd tam orta məktəbində Neftçalanın tanınmış şairə Xuraman Zakir qızının “QƏHRAMANLIQ DASTANINDAN SƏHİFƏLƏR” adı kitabının təqdimat gecəsi baş tutmuşdur. Tədbirdə şəhid ailələri, qazilər, müəllimlər və şağgirdlər iştirak etmişlər. Kitab hərbi-vətənpərvərlik mövzusunda, o cümlədən müharibə veteranı Mübariz Hüseynov barəsində yazıldığından fəxri qonaq qismində AVMVİB Neftçala rayon şöbəsinin sədri də dəvətlilər arasında olmuşdur.

Tədbirdə şəhid Rövşən Ağamalıyevin atası Baloğlan Ağamalıyev də iştirak etmişdir. Şəhid atası Baloğlan Ağamalıyevin çıxışından sonra söz AVMVİB Neftçala şöbə sədri Mübariz Hüseynova verilmişdir. O, ilk öncə şəhid ailərərini, qaziləri və tədbir iştiraçılarını salmaladıqdan sonra qonaqlara AVMVİB-in yaranma tarıxindən danışmış, daha sonra Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi üzvlərinin (AVMVİB) Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi, müharibə veteranlarını öz ətrafında birləşdirən ictimai təşkilat kimi 1994-cü ildən göstərdiyi fəaliyyəti, eyni zamanda, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Fizuli Rzaquliyevin və təşkilatın fəaliyyəti ilə bağlı iştirakçılara ətraflı məlumat vermişdir. Diqqətə çatdırılmışdır ki, hazırda sıralarında 90 mindən çox veteranı birləşdirən AVMVİB cəbhədən geri dönmüş kontingentlə fəal iş aparır və gənclərimizin cəmiyyətə adaptasiya olunması üçün əlindən gələnləri əsirgəmir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) yarandığı gündən dövlətçiliyimizi, müdrük dövlət xadimi ümummilli lider Heydər Əliyevin və onun davamçısı, müzəffər ali baş komandan Prezident İlham Əliyevin siyasətini daim dəstəkləyən ictimai təşkilat kimi fəaliyyət göstərir.

Daha sonra natiq Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin respublikamızda aparcı təşkilat olaraq gördüyü işlər, Azarbaycanda və dünyada baş verən hadisələr barəsində Fədai. az, Veteran.az kimi internet mətubatında, o cümlədən «Veteran TV» internet televiziyasında informasiyanın çevik yayımlanması və veteranlara çatdırılması haqqında danışmışdır.

Tədbirin sonunda yazıcı və şairə Xuraman Zakirqızına təşkilat adından “TƏŞƏKÜRNAMƏ” təqdim edilmiş, qonaqlarla birgə xatirə şəkili çəkilmişdir.

AVMVİB Mətbuat xidməti

JGTJAYv.md.jpg
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: