27.07.2024

Müdafiə Nazirliyi vətəndaşlara müraciət etdi

“Vətəndaşlardan daxil olan çoxsaylı sorğuları nəzərə alaraq bir daha bildiririk ki, sabah, fevralın 18-i Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri şəxsi heyətin sağlamlığını qorumaq məqsədilə qapalı şəraitdə keçiriləcək”.

“Veteran.az” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı müraciətdə bildirilir.

“Qeyd olunanları nəzərə alaraq vətəndaşlarımızdan bu qərarı anlayışla qarşılamağı və andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik” — MN-in məlumatında qeyd olunur.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: