21.11.2024

AVMVİB kollektivi 20 yanvar şəhidlərinin xatirəsini yad edib (VİDEO)

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, AVMVİB-in Bakı şəhər üzrə fəal şöbələrinin sədrləri və üzvləri Qanlı Yanvar hadisəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib.

AVMVİB kollektivinin izdihamlı axını ilə baş tutan ziyarət çərçivəsində şəhidlərin məzarı önünə qərənfil dəstələri düzülmüş, onların ruhuna dualar oxunmuşdur.

AVMVİB sədri Füzuli Rzaquliyev Veteran TV-yə verdiyi müsahibəsində qeyd etmişdir ki, 20 Yanvar qətliamı Azərbaycan tarixində təkcə faciə deyil, eyni zamanda, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də milli kimliyimizi, milli iftixar hissinin mövcud olduğunu sübut edən bir imtahan idi. AVMVB sədri əlavə etmişdir ki, «20 Yanvar» faciəsi həm də Zəfər yolumuzun başlandığı bir nöqtədir. Biz düşmənin və Sovet imperiyası adlanan mənfur bir imperiyanın ölkəmizə bu təcavüzünü heç zaman unutmamalı, bu tarixin əhəmiyyətini gənc nəsillərimizə aşılamalıyıq.


Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşmüş şəhidlərin xatirəsinə ucaldılan abidə də ziyarət olunub, önünə gül dəstələri düzülüb, şəhidlərimizin ruhuna fatihə oxunub.

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: