27.07.2024

AVMVİB rəhbərliyi IX «Arpaçay Open” beynəlxalq turnirinin açılış mərasimində iştirak etdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, AVMVİB sədrinin təşkilati məslələr üzrə sədr müavini Vahid Abdurrəhmanov, Nəzarət təftiş komissiyasının sədri Niyazi Quliyev, AVMVİB sədrinin hüquq-məslələri üzrə müavini Salman Musayev, AVMVİB Polis veteranlarının sədri Rzağa Məmmədov, AVMVİB İdarə Heyətinin digər üzvləri, həmçinin AVMVİB-in Bakı şəhər şöbələrinin sədrləri və üzvləri Bakı İdman Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan IX «Arpaçay Open” beynəlxalq turnirinin açılış mərasimində iştirak etmişlər.

Veteran.az xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin bədii hissəsinin açılışında çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının ata vəsiyyətini layiqincə yerinə yetirdiyini diqqətə çatdırmış, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsinə həsr olunan turnirin əhəmiyyətini yüksək qiymətləndirmişdir.

Füzuli Rzaquliyev həmçinin vurğulamışdır ki, şəhidlər bizim baş tacımızdır, qazilərə Allah şəfa versin, Vətən müharibəsi veteranlarını da heç vaxt unutmaq olmaz, baxmayaraq ki, bəzən onların xidmətləri çox yerdə qeyd olunmur. amma veteranlar da unudulmamalıdırlar. Nitqinin sonunda AVMVİB sədri Vətən uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərə şəfa və sağlamlıq arzulamışdır.

Daha sonra 7 fevral Prezident seçkilərində cənab İlham Əliyevə səs verəcəklərini bəyan edən AVMVİB sədri «Arpaçay» karate klubunun rəhbəri Yavər Hüseynovu təşkilatın xatirə medalı ilə təltif etmişdir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: