Beyləqanda şəhidlərimizin adı əbədiləşdirildi
Bu gün Beyləqan rayonu, Kəbirli kəndində Qarabağ müharibəsi zamanı şəhid olmuş, kəndin otuz nəfərədək övladının xatirəsinə ucaldılmış xatirə abidəsinin — Bulaq Kompleksinin açılış mərasimi olmuşdur. Açılış mərasimində AVMVİB Beyləqan və Xocavənd rayon sədrləri Akif Həsənov ve Əlövsət Məmmədov, rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, Rayon Mədəniyyət şöbəsinin rəhbəri Məhəmməd Qələndərov, SHXÇDX Rayon şöbəsinin nümayəndəsi, Rayon ictimayətinin nümayəndələri, İctimai Təşkilatların nümayəndələri, şəhid ailələri və kənd caamatı isrirak etmişlər.