27.07.2024

Şəhid Məhiyəddin Fərmanov Qənimət oğlunun Anım mərasimi keçirilib

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbinndə şəhid Məhiyəddin Qənimət oğlu Fərmanovun anım günü gün qeyd edilib.

Tədbirdə məktəbin müəllim və şagird kontingeti iştirak etiblər.

Anım mərasimi şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. 

Tədbirdə məktəbin direktoru, şəhid bacısı çıxış edərək şəhidlərimizin heç zaman unudulmaması yolunda çalışdıqlarını bildirib.Şəhidlər bizlərin müqəddəs yeri olduğunu vurğulayıb.

Anım mərasimində çıxış edən Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbin müəllimi Səidə Səlimova şəhidin uşaqlıq illərindən danışıb. Səidə Səlimova vurğulayıb ki, Kəlbəcər rayon Bəylik kənd sakinlərinin əsir düşməmsində şəhidimiz Məhiyəddinin atası Qənimət bəyin müstəsna xidmətləri olub.

Digər çıxış edən müəllimlər şəhidin döyüş yolundan danışıblar.

Şagirdlərin təqdimatında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Xatırladırıq ki, Fərmanov Məhiyəddin Qənimət oğlu 1973 -cü ildə Kəlbəcər rayon Bəylik kəndində anadan olub. Bəylik kəndində orta məkəbi bitirib. 1992 — ci ildə döyüşlərə qatılıb. 1994 — cü il yanvar ayının 4- də Ağcabədi rayon Minaxorlu kəndi istiqamətində döyüşlərdə iştirak edib və itkin düşüb.

Fərmanov Məhiyəddin məzarsız şəhidlərimizdəndir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: