27.07.2024

Xaqani Ədəboğlunun yubileyi məzarı başında qeyd edildi

I Qarabağ müharibəsinin qazisi, ilk döyüşcü jurnalist istedadlı qələm sahibi, türkoloq Xaqani Ədəboğlunun (Rzaquliyev) 60 yaşı məzarı başında keçirilib.

Mərasimində mərhumun ailə üzüvləri, yaxınları, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi,şəhər və rayon şöbələrinin sədir və müavinləri, tələbə və döyüş yoldaşları iştirak ediblər. Xaqani Ədəboğlunun xatirəsi ehtiramla yad edlərək ruhuna dualar oxunub məzarı üstünə gül  dəstələri düzülüb.

Mərasim iştirakçıları həmin məzarlıqda torpağa tapşırılmış şəhidlərin məzarlarını ziyarət ediblər.

Qeyd edək ki,Rzaquliyev Xaqani Ədəb oğlu 1963-cü ilin noyabr ayının 9-da Ağdərə rayonunun Xatunbəyli kəndində anadan olub.1982-ci ildə Şuşa şəhərində Pedoqoji Texnikumunu, daha sonra isə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

Hələ BDU-da əyani oxuyarkən «Gənclik» jurnalına işə dəvət olunub (1990), sonra 1991-ci ilin oktyabrında cəbhyə yollanıb.

İstedadlı qələm sahibi Xaqani Ədəboğlu 4 kitabın və yüzlərlə elmi və publisistik məqalələrin müəllifidir. X. Ədəboğlu əsasən türkçülük və azərbaycançılıq mövzusunu elmi-tarixi aspektdə araşdırıb.

Xaqani Rzaquliyev 2022-ci illin noyabr ayının 24 -də qəflətən vəfat edib.

Allah rəhmət eləsin! Məkanı cənnət olsun!

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: