Silahı yerə qoyun və təslim olun! — Müraciət
Silahlı Qüvvələrimiz tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri ilə əlaqədar Qarabağın erməni sakinlərinə SMS vasitəsilə məlumat göndərilib.
“Veteran.az”-ın məlumatına görə, yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq tədbirlər keçirilən ərazidə hərbçilərə və mülki insanlara müraciətlər ünvanlanıb.
Silahlılara müraciətdə silahı yerə qoyub təslim olmaq tələb olunur. Mülki əhaliyə isə özlərini və ailələrini separatçıların çirkin siyasi oyunlarının alətinə çevrilməmələri qeyd olunub.