27.07.2024

Təbrik: Müharibə Veteranı Rəsulova Zərxanım Əiisəhab qızı -55

İnsan üçün ən yaddaqalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biridə işgüzar,zəhmətkeş,qayğıkeş  və vətənpərvər insan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin söbə sədirinin müavini Rəsulova Zərxanım Əlisəhab qızıdır. Sentyabr ayının  12 də onun 55 yaşı tamam olur.

Daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan müharibə veteranı Zərxanım  Əlisəhab  qızı Rəsulovanı  belə bir əlamətdar gün münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, Fədai.az kollektivi   səmimi qəlbdən təbrik edir, həyatda insan ücün ən şirin nemət olan  möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Zərxanımın  qoy  yaşının üstə gələn bu yaş da  sənə  sevincdolu illər bəxş etsin və hər yeni günün isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

Rəsulova Zərxanın Əlisəhab qızı 1968 -ci ilin sentyabr ayının 12-də Bakı şəhərində zəhmətkeş ailədə anadan olub.

1983 -cü ildə  Bakı şəhərində  50 nömrəli tam orta məktəbin 8 (səkkizinci) sinfini,  1986 ci ildə isə Bakı şəhərində  68 nömrəli Texniki Peşə məktəbi bitrib.

 Zərxanım Rəsulova Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi , Hərbi Andın,  Hərbi və  Azərbaycan  Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  nizamnamələrin tələblərinin  əmr və sərancamların  dəqiq və sözsüz yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqları  şərəf və məsuliyyət hissi ilə yerınə yetirmişdir.

 O, Azərbaycan Ordusunun tərkibində  Azərbaycanın ərazi bütövlüyü uğrunda  ( Ağdam, Ağdərə və  Tərtər rayonları istiqamətində) gedən döyüşlərdə  ona həvalə vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

1991 ci  ilə kimi  «Azərbaycan Mehmanxanasında  aşbaz və baş aşbaz işləyib.1992 — 2000 ci İllərdə Azərbaycan Ordusunun  Ağdam və  Tərtər rayonlarında yerləşən hərbi hissələrində, Hərbi Hava Qüvvələrin isə Bakı şəhərində yerləşən hərbi hissəsində  Feldşer  ( Baş Tibb Bacısı) vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  üzvü  Rəsulova  Zərxanım Əlisəhab qızı  2018 ci ildən  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB)  » Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin söbə sədirinin müavinidir.

 Zərxanım Rəsulova 44 günlük Vətən Müharibəsində  döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçularmızın yanında olaraq onlara öz kökliyini  əsirgəməmişdir.

Hərbi və İctimai vəzifələrin icrasına məsuliyyətlə yaşadığına görə  fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb, təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:

1.» Böyük Zəfər» medalı ilə ;

2.» Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  25 illiyi ( 1994- 2019)” yubiley medalı ilə;

3.» Azərbaycan Müharibə Veteranı » medalı ilə;

4.»Milli ordunun  yaranmasının  100 illiyi ( 1918- 2018)” yubiley medalı ilə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ZƏRXANIM!

 ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!  BÜTÜN ARZULARIN ÇİN OLSUN

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: