27.07.2024

Xeyixrah addım: Şəhid və qazi ailələrinə sovqat aksiyası

Veteran

Xeyixrah addım: Şəhid və qazi ailələrinə sovqat aksiyası

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) növbəti xeyirxah fəaliyyətini Şamaxıda icra etmişdir.

Belə ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, AVMVİB sədrinin beynəxalq əlaqələr üzrə müavini Əhli Həbiyev, AVMVİB Şamaxı rayon şöbəsinin sədri Fuad Şəmiyev, Rusiya Federasiyası Azərbaycanlılarının Müharibə İştirakçılarına Yardım-Fədailər qrupu və AVMVİB-nin Rusiyadakı səlahiyyətli nümayəndəsi və Fəxri üzvü Nəzərov Cavid Həbulla oğlu imkansız şəhid ailələri və veteran qazilərlə görüşmüş, onlara sovqatlar təqdim etmişlər.

Tədbirdə şəhid ailələri, müharibə veteranları və qazi ailələrinin nümayəndələri bu xeyirxah missiyanı öz üzəzrinə götürdükəri üçün təşkilatçılara, həmçinin Rusiya Federasiyası Azərbaycanlılarının Müharibə İştirakçılarına Yardım-Fədailər qrupuna öz təşəkkürünü və dualarını çatdırmışdır.

Bu münasibətlə biz də AVMVİB adından bütün qeyrətli vətənpərvər insanlara öz təşəkkürünü bildirmişdir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) belə xeyirxah əməli atan Azərbaycan xalqının qeyrətli oğullarına, xüsusilə Şamaxıdakı imkansız şəhid ailələri və veteran qazi ailələrinə təqdim etdiyi sovqatdan dolayı Rusiya Federasiyası Azərbaycanlılarının Müharibə İştirakçılarına Yardım-Fədailər qrupuna öz minnətdarlığını çatdırmış, bu addımı imkanı olub amma köməkdarlıq etməyənlərə bir örnək olduğunu vurğulamışdır.

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: