26.02.2024

Astanada hərbi festivalın açılış mərasimi keçirildi

Qazaxıstanın Astana şəhərində «Astana — Mədəniyyət karvanı» adlı birinci beynəlxalq hərbi-musiqi festivalının təntənəli açılış mərasimi keçirilib.

Veteran.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Təntənəli açılış mərasimində iştirakçı ölkələrin solistlərininin təqdim etdiyi ifalar böyük maraq və alqışlarla qarşılanıb.

Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestrinin və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ölkəmizi təmsil etdiyi festivalda müxtəlif beynəlxalq, milli və xalq folklorunu özündə əks etdirən mahnılar, milli rəqslər və ifalar nümayiş etdiriləcək.

Qeyd edək ki, Astana şəhərinin 25 illiyinə həsr olunan festivalda Azərbaycan, Qazaxıstan, Çin, Hindistan, Özbəkistan, Rusiya, Türkiyə və Yaponiya silahlı qüvvələrinin yaradıcı heyəti iştirakçı qismində, Pakistan nümayəndə heyəti isə müşahidəçi qismində iştirak edir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: