27.07.2024

Fransada 7 uşaqdan biri zorakılığın qurbanı olur

Fransada idmanla məşğul olan hər 7 uşaqdan biri zorakılığın qurbanı olur. İdmanda zorakılığın müxtəlif formaları ilə bağlı 907 iş qaldırılıb və onlardan 424-ü ilə bağlı inzibati tədbir görülüb.

Veteran.az xəbər verir ki, bu barədə Fransanın idman naziri Ameli Udea-Kastera bildirib.


Fransada hər 7 uşaqdan birinin idmanda zorakılığı məruz qaldığını deyən nazir qeyd edib ki, cəmiyyətdə bu fenomenin kökü kəsilməlidir. 65 federasiya ilə bağlı hazırlanmış hesabatda göstərilib ki, bu fenomen 95 departamentdə baş verib və prokurorluqda bununla bağlı 150 həbs qeydə alınıb.


Bildirilib ki, idmanda zorakılığın qurbanları əsasən qadınlar (78 faiz) və uşaqlardır (82 faiz, bunun 41 faizi 15 yaşa qədər), cinsi zorakılıq isə daha çox yayılıb (83 faiz və 62 faiz idman müəllimləri tərəfindən törədilib).

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: