AVMVİB Tovuz rayon şöbəsi Anım tədbirində

Azərbaycan Vətən Muharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin idarə heyəti Əlibəyli, Hacallı, Yuxarı Öysüzlü, Aşaqı Öysuzlu kəndləri üzrə özək sədrləri və bölmə sədri şəhid Rzayev Nazim Həsən oğlunun Anım günündə iştirak etdilər.
Həmçinin, Anım günündə şəhidin yaxınları da iştirak edirdilər.
Şəhidin məzrı ziyarət olundu və ruhuna dualar oxundu.
AVMVİB Tovuz rayon şöbəsi veteranları bu örnək addımlarına dəstək olmaq əvəzinə, rayonda öz səltənətini sürdürənlər, nədənsə narahat olurlar. Xatırlatma yerinə düşər ki, Ali Baş Komandan cənab İlham Əliyev dönə-dönə məmurlara müharibə veteranlarına kömək etməyi, onların fəaliyyətinə yardımçı olmağı tapşırıb. Bəzi məmurlar unudurlar ki, biz kimsədən yardım gözləmədən öz imkanlarımız hesabına onların görməli olduğu işi görürük.
Mövzuya qayıdacağıq. AVMVİB Tovuz rayon şöbəsinin işgüzar və təşkilatçılığı ilə fərqlənən sədri Etibar Vəliyevə bu işlərə görə öz təşəkkürümüzü bildiririk!

Allah şəhidlərimizə rəhmət eləsin!
Rauf Hüseynov