21.11.2024

Təbrik: Zakif Abbasov- 51

AVMVİB Zəngilan rayon şöbəsinin sədr müavini, I Vətən müharibəsi iştirakçısı, səmimi, gözəl və xeyirxah insan Abbasov Zakif Abbas oğlunun iyun ayının 9 -da  doğum günüdür. Belə bir əlamətdar gün  münasibətilə Zakifi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, AVMVİB Zəngilan rayon şöbəsinin sədri, doğmaları, iş və döyüşcü yoldaşları  təbrik edir, ona cansağlığı, bundan sonrakı işlərində uğurlar arzulayırlar.

Zakif Abbasov 1990 — cı ildə həqiq hərbi xindətə çağırılmış və xidmətini Daxili qoşunlarda başlamışdır. Vətənimizə erməni işğalçılarının hücumlarının qarşısının alınmasında daxili qoşunların tərkibində Ağdam rayonuna ezam olunmuş və döyüşlərə qatılmışdır. İlk dəfə Ağdam rayonunun Papravəndə kəndində yaralanaraq hospitala göndərilmiş və müalicə olunduqdan sonra yenidən hərbi hissəyə qayıtmışdır. 1992-ci ildə Daxili qoşunların tərkibində Zəngilan rayonuna ezam olunmuş, Qazançı kəndində xidmətə başlamışdır. Burdada ağır döyüş yolu keçən Zakif döyüşlərin birində ikinci dəfə qəlpə yaraları alaraq hospitala göndərilir və sağaldıqdan sonra xidmətini davam etdirib. 1992-ci ildə həqiqi hərbi xidmətini başa vuran Zakif Abbasov Zəngilan rayon polis bölməsinə qəbul olunur və burda polis nəfəri kimi xidmətə başlayır. 1993-cü ilin aprel ayının 10-da uğurlu Kilsə əməliyyatında iştirak edir və Qafan rayonunun 4 kəndi ermənilərdən azad edilir və bu döyüşdə şücaət göstərir. Lakin bilinməyən səbəblərdən geri çəkilin əmiri gəlir. Döyüşçülərimiz geri qayıdanda Zakif 3 cü dəfə hər iki ayağından güllə yarası alır.

Yenə hospitala müalicəyə göndərilən igid döyüşçü sağaldıqdan sonra xidmətinə davam edir. 1993-cü il oktyabrın 25 erməni işğalçılarının Cəbrayıl rayonu  istiqamətindən Zəngilan rayonuna hücumu başlayır və Zakif gili həyəcan siqnalı ilə Cəbrayıl rayonunun Dərzili kəndinə döyüşə aparıtlar. Burda qızğın döyüş başlayır və Zəngilanlı döyüşçülər  düşmənə müqavimət göstərirlər. Həm Milli ordu həm də polislərimiz düşmənə lazımi cavabı verirlər. Düşmən xeyli sayda texnika ilə əli avtomatlı döyüşçülərimizə hücum edir və qeyri bərabər döyüşdə igidlərimiz xeyli şəhid verir və xeyli yaralımız olur. O ağır yaralılar içərisində 4 dəfə ağır yaralanan Zakif qardaşımız da var idi. Zakifi helikopterlə təcili Bakı şəhərinə çatdırılır və hospitala yerləşdirilir. 6 ay müalicə olunduqdan  yenidən  Füzuli rayonunun Babı kəndində yerləşən Zəngilan polisində xidmətə başlayır və bir neçə ildən sonra Zəngilan polisindən təqaüdə çıxır. Hal hazırda Zakif 2-ci qrup müharibə əlilidir.

AVMVİB-in Zəngilan rayon
şöbəsinin sədri Azad Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: