Faciəli şəkildə həlak olan əsgərə şəhid statusu veriləcək
![](https://veteran.az/wp-content/uploads/2023/05/fhere-300x170.jpg)
Bu gün xidmətdə olarkən ildırım vurması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək.
Veteran.az xəbər verir ki, bu barədə Unikal-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Anar Eyvazov məlumat verib.
Qeyd edək ki, bədbəxt hadisə Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə baş verib.