27.07.2024

Veteranlar şəhid ailəsinə baş çəkiblər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinin üzvləri Yardımlı rayonunun Dəlləkli kəndində şəhid şəhidi Mahir İmanovun ata evini ziyarət ediblər.Şəhidin ata evində bacısı , qardaşinin yoldaşi və qardaşının qızı yaşayır (Qardaşı rəhmətə gedib)

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinin sədri Mayılxan Əliyev məlumat verib.

Şəhidi Mahir İmanovun ailəsinə maddi yardım göstərilib.

Şəhidiin evinə qaz çəkilməsi ilə əlaqədar Yardımlı rayon Qaz İstismar sahəsinə müraciət edilib.
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev şəhid ailəsinin aztəminatlı olduğunu nəzərə alaraq sözü gedən evə təmənnasız olaraq qaz xətdi çəkdirib.
Mahilxan Əliyev AVMVİB Yardımlı rayon şöbəsi adından Ruslan Əliyev olmaqla bütün əməyi keçən şəxslərə təşəkkürünü bildirmişdir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: