18.10.2024

Ermənistan NATO-nun təlim siyahısından çıxarıldı

Ermənistan NATO-nun aprelin 22-də başlayacaq hərbi təlimlərində iştirak edəcək ölkələrin siyahısından çıxarılıb. 


Veteran.az xəbər verir ki, bu barədə Ermənistanın «Hayeli» nəşri məlumat yayıb.

Bildirilib ki, Pentaqonun rəsmi saytında dərc edilmiş siyahıda dəyişiklik edilib və Ermənistan həmin siyahıdan kənarlaşdırılıb.

Bundan əvvəl Pentaqonun rəsmi nümayəndəsi Sabrina Sinqh təlimdə Ermənistanın da iştirak edəcəyini bildirmişdi. Lakin sonradan bu ölkənin siyahıdan çıxarılmasının səbəbi açıqlanmayıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: