08.09.2024

Rusiya müharibəyə daha çox etnik azlıqları göndərir — Kəşfiyyat

Rusiya Federasiyasının regionlarında ölüm nisbəti Moskva və Sankt-Peterburqdan xeyli yüksəkdir.

Veteran.az «Unian»a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatının sutkalıq informasiya bülletenində qeyd olunub.

Bildirilib ki, Rusiyanın bu iki ən zəngin şəhəri əhali baxımından nisbətən az zərərə məruz qalıb. Bu, xüsusilə ölkənin elitasının ailələrinə aiddir. Məlumata görə, 2023-cü il fevralın 21-də Putinin çıxışı zamanı yüksək rütbəli Rusiya rəsmiləri auditoriyada olublar. Onların heç birinin övladlarının orduda xidmət etdiyi barədə məlumat yoxdur.

Kəşfiyyat məlumatına görə, bir çox şərq bölgələrində ölüm nisbəti Moskvadakından 30 dəfə və ya daha çox olur. Bəzən ən çox əziyyət çəkən etnik azlıqlar olur. Belə ki, Həştərxanda qurbanların təxminən 75%-ni qazax və tatar azlıqlar təşkil edir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: