Rusiyada güclü zəlzələ olub
Rusiyanın şərqində yerləşən Kamçatka diyarında 6,1 maqnitudalı zəlzələ olub.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kamçatkada yerləşən Geofizika Xidməti məlumat yayıb.
“Zəlzələnin episentri Severo-Kurilskdən 128 km aralıda olub”, — Xidmətin məlumatında qeyd olunur.
Yeraltı təkanların ocağının 59 kilometr dərinlikdə yerləşdiyi bildirilib.