23.11.2024

AVMVİB sədrindən təbrik

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə təbrik ünvanlayıb. Təbrikdə deyilir:

«Vətənimiz üçün qəhrəman oğullar dünyaya gətirib böyüdən analarımızı, Azərbaycan tarixinə adlarını öz qanları ilə yazdıran Vətən oğullarımızın bacı və həyat yoldaşlarını təbrik edirəm. Onlar müstəqil, abad, suveren dövlətimizdə əmin-amanlıq, rifah içində yaşasın, sevinsin deyə haqqa qovuşdular. Bu gün sevinmək ən çox Sizin haqqınızdır. Biz həm Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin adından üzvlərimizin qadın veteranlarını, birliyin hər bir fərdinin qadın ailə üzvünü, o cümlədən şəhid anaları başda olmaqla xalqımızın bütün veteran qadınlarını, həmçinin bütün türk düynaysının qadınlarını təbrik edirik».

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: