Müdafiə Nazirliyi Rusiya MN-in açıqlamasını təkzib etdi — “Riyakarlıqdır”
Xəbər verdiyimiz kimi, Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinin ötən gün Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş silahlı insidentlə bağlı yaydığı bülletenə münasibət bildirib.
Müdafiə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, Rusiya MN-in faktları təhrif edib və həqiqəti əks etdirməyən məlumat yayıb:
“Silah-sursatla tam təchiz olunmuş bu hərbi qulluqçuların “pasport və viza” xidməti həyata keçirən polis əməkdaşları kimi təqdim edilməsi riyakarlıqdan başqa bir şey deyildir.
İnsident nəticəsində yaralanan hərbi qulluqçularımıza Rusiya sülhməramlı kontingentinin nümayəndələri tərəfindən ilkin tibbi yardımın göstərilməsi və təxliyə edilməsi barədə yayılan məlumat da həqiqəti əks etdirmir. Şəhidlərimizin və yaralı hərbçimizin ərazidən təxliyəsi hərbi qulluqçularımız tərəfindən həyata keçirilib”.