Şərəflə yaşanan ömür yolu: Elçin Əliyev — 60
İnsan ücün ən yaddaqalan tarixlərdən başlıçası onun dünyaya gəldiyi gündür.Hər il olduğu kimi bu ildə doğum günü qeyd edən Silahlı Qüvvələr və Müharibə Veteranıistefada olan mayor Əliyev Elçin Tofiq oğlunu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin rəhbərliyi,uzun illər calışdığı Azərbaycan Ordusunun və DİN-in Daxili Qoşunların hərbi vəzifələri təbrik edir,ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Elçin Töfiq oğlu Əliyevin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. İstefada olan mayor Elçin Tofiq oğlu Əliyev 1963-cu ilin yanvar ayının- 31 də Bakı şəhərində zəhmətkeş ailədə anadan olub.
1969-cu ildə Bakı şəhərində 18 nömrəli tam orta məktəbin birinci sinfinə getmiş 1979-cu ildə həmin məktəbi, 1983-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman institutunu, Azərbaycan Ordusunda xidmət etdiyi illər ərzində isə Azərbaycan Ordusunun Təlim – Tədris mərkəzində Zabitlərin təhkimləşdirmə kursunu bitrib. O, Daxili Qoşunların Bas İdarəsinin Nərimanov rayonunda yerləşən hərbi hissədə xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsində və DİN-nin idman cəmiyyətində keçirilən bir çox təlim-metodiki təlim toplanışlarında,xüsusi- taktik təlimlərdə,seminar və konfranslarda fəal iştirak edib.
Silahlı Qüvələr və Müharibə Veteranı mayor Elçin Tofiq oğlu Əliyev 1983 -1985-ci illərdə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olub.
O, 1993- 1995 — ci illərdə Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrində kəşfiyyat bölüyünün komandiri və hərbi hissənin kəşfiyyat xidmətinin rəisi, 1995 -2002-ci illərdə Daxili işlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Nərimanov rayonunda yerləşən hərbi hissəində idman və fiziki hazırlıq rəisi, 2003-2017-ci illərdə isə Azərbaycan Ordusunun hərbi hissələrində və Xüsusi təyinatlı əlahiddə taborunda, kəşfiyyat xidmətinin rəisi, Xüsusi təyinatlı əlahiddə tabor komandirinin döyüş hazırlığı üzrə müavini vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andin, Hərbi və Din-in Daxili Qoşunların Döyüş xidməti nizamnamələrinin və digər hüquqi- normativ aktların tələblərinə, eləcədə vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqəladə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Peşəkarlığı və humanistliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 25-ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Mayor Əliyev Elcin Tofiq oğlu Azərbaycan, SSRİ çempionatlarında,Beynalxaq turnirlərdə, Müdafiə və Daxili işlər Nazirliklərin, Daxili Qoşunların Bas İdarəsinin təşkil etdiyi yarışlarda iştirak edərək çempion olmuşdur.
O,idman sahəsində yüksək göstəricilərə nail olduğuna görə SSRİ İdman ustası adına layiq görülmüşdür.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Azərbaycan Respublikasının Prezidenti adından bir sıra medalarla, Müdafıə və Daxili İşlər Nazirlərinin, Daxili Qoşunlar Komandanı və onun müavinlərinin, Korpus və Hərbı hissə komandirinin müvafiq əmrləri ilə “əla Xidmətlərə Görə’ döş və yubiley nişanları ilə, müvafiq idman dərəcəsi nisanları ilə təltif olunub bir cox fəxri fərmanlarla,diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ELCİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi məsələr üzrə müavini polkovnik Salman Musayev