27.07.2024

Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Veteran.az “Report” -a istinadən xəbər verir ki, dəfn mərasimində dövlət rəsmiləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.

O.Əsgərovun xatirəsinə ehtiram əlaməti olaraq 3 dəfə yayılım atəşi açılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycanın Dövlət bayrağını şəhidin ailəsinə təqdim edib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: