Mənalı və şərəfli ömür yolu: Nərman Ağayev — 63
İnsan üçün ən yaddaqalan tarixlərdən bir onun doğum gündür.Yaşın üstə yaş gəldikcə insan daha da kamilləşir.Belə insanlardan biri də, Daxili İşlər Nazirliyin Daxli Qoşunlarında və Hacıqabul rayon təhsil şöbəsində öz dəsti – xətti olan, ictimai işlərdə fədakarlıq göstən, dostlarına, yaxınlarına isti münasbətdə olan, hec kəsi özündən incitməyən, xoş rəftarı və şirin dili ilə hər kəsə doğmalıq münasbəti yaradan, peşəkarlığı,humanistliyi, dərin zəkası, dəqiqliyi, təmkinliyi, səmimiyyəti və sadəliyi ilə seçilən ömrünün ən məhsuldar (ən yaxşı) dövrünün 43 ildən çox şərəfli xidmət yolunun 19 ilini hərbi xidmətdə, 24 ilini isə Hacqabul rayon Təhsil şöbəsində keçirən Əfqanıstan və Azərbaycan Müharibəsi Veteranı istefada olan kapitan Ağayev Nərman Qubat oğlunun yanvar 29-də 63 yaşı tamam olur. Bu gün münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteran-ları İctimai Birliyinin rəhbərliyi, Azərbaycan ehtiyatda olan Zabitlər Konfedarasiyası İctimai Birliyin Hacqabul rayon şöbəsinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Hacqabul rayon şöbəsinin üzvü istefada olan kapitan Ağayev Nərman Qubad oğlunu təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarinda bitib -tükənməyən nailiy-yətlər arzulayır.Arzu edirik,Nərmanın yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni ili isə ötən illərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.
Afqanıstan və Azərbaycan Müharibəsi Veteranı istefada olan kapitan Ağayev Nərman Qubad oğlu 1960-ci ilin yanvar ayının 29 da Hacqabul (şəhərində) rayonunda zəhmətkeş ailədə anadan olub.O, 1977-ci ildə Hacqabul rayon (şəhər) orta məktəbi ,1982-ci ildə Sovet Ordusunun Kalininqrad vilayətində yerləşən gizirlər məktəbi bitrib.Nərman Ağayev Daxili Qoşunlarda xidmət etdiy illər ərzində, Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirilən bir çox təlim-metodiki toplanışlarda, xüsusi – taktiki təlimlərdə ,komanda -qərargah məşqlərində, müvafiq kurslarda, seminar və konfraslarda fəal iştirak edib.
Nərman Ağayev 1979 – 1981 ci ilərdə SSRİ Müdafiə Nazirliyinin Polşa Xalq Respubilkasında yerləşən hərbi hava qüvvələrinin desant diversiya hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə olub.1981 -1991 ci illərdə Soved Ordusunun,Kramatovski,Armavir,Maykop şəhərlərində, Azərbaycan Respubilkasının Hacqabul rayonunda və Əfqanıstan Demokratik Respubilkasında yerləşən Hərbi Hava Qüvvələrin avasiya desant hərbi hissələrində müxtəliv vəzifələrdə calışıb.
O,1991- 1998 -ci illərdə Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən hərbi hissəsində taqım və bölük komandiri,Silah xidmətinin rəisi vəzifələrində Vətənə, Dövlətə və Xalqa sədaqətıəə etmişdir.Nərman Ağayev 1999 -cu ildən etibarən Hacqabul rayon təhsil şöbəsində metodist vəzifəsində işləyir.
Müharibə Veteranı istefada olan mayor Nərman Ağayev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək,ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsin-dən layiqincə gəlib. Müharibə Veteranıdır
Nərman Qubad oğlu Ağayev DİN-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir.O işlədiyi , oxuduğu orta və ali məktəblərdə həmişə müsbət mənada seçilərək, başqaları üçün daimi nümunə olmuşdur.
Nərman Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi, Hacıqabul rayon təhsil şöbəsində işlədiyi illər ərzində, Azərbaycan Respubli-kasının Konstitusi-yasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, Hərbi və Daxili Qoşunların Döyüş Xidməti nizamna-mələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcdə vəzifə borclar-ının icrasna məsuliy-yətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə
ruhlandırmışdır.
O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir.Nərman Ağayev istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsssisə-lərində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Azərbaycan Respub-likasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, mütə-şəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında, zərərsizləşdirilməsində, fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Nərman Ağayev xudməti və ictimai vəzifə borclarının yerinə yetirilməsinə məsuliyətlə yanaçdığına və nümunəvi xidmətinə görə SSRİ Ali Sovetinin, Əfqanıstan Demokratik və Azərbaycan Respubliklarının Prezidentləri adından, SSRİ Müdafiə Nazirinin, Azərbaycan Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın, onun müavinlərinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin sədrinin, Hacqabul rayon təhsil şöbə rəisinin, hərbi məktəb rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə «Əla Xidmətlərə Görə» döş, yubiley və müvafiq idman dərəcələri nişanları ilə təltif olunub,bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafat-landırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medalarla təltif edilib:
1.»Qüsursuz Xidmətlərə Görə” 2-ci və 3-cü dərəcəli medala; 2.”SSRİ- nin və SSRİ Silahlı Qüvvələrin yaranmasının» 70-iliyi yubiley medaları ilə;
3“Azərbaycan Silahlı Qüvvələrin yaranmasının” 10 illiyi yubiley medalı ilə;
4.”Əfqanıstan müharibə iştirakcısı”(Əfqanıstan müharibəsi veteranı) medalı ilə; 5.”Beynəlmiləl döyüşcü” medal ilə;
6.”Azərbaycan Vətən Müharibə Veteranıları İctimai Birliyin təsis etdiyi “Müharibə Veteranı” və “Azərbaycan Vətən Müharibəsi Veteranıarı İctimai Birliyin yaranmasının”(1994 — 2019) 25 illiyi yubiley medaları ilə. DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. NƏRMAN
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Vətən Müharibəsi Veteran-ları İctimai Birliyi sədrinin hüquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev