Şərəflə yaşanan ömür yolu: Mayor Vüqar Bağırov- 57
Yüksək peşəkarlığı, humanistliyi,dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, təvazökarlığı, vətənpərvərliyi, işgüzarlığı və mənəvi keyfiyyətilə seçilən ömrünün ən məhsuldar dövrünün 20 ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirmiş Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin üzvü ehtiyatda olan mayor Bağırov Vuqar Hayqa oğlunun yanvar ayının 23- də 57 yaşı tamam olur.
Daimi həyatın bütün çətinliklərindən alınıacıq və üzüağ cıxan Müharibə Veteranı ehtiyatda olan mayor Bağırov Vuqar Hayqa oğlunu, doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi səmimi qəlbdən təbrik edir,ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.
Arzu edirik ki,Vuqar Hayqa oğlu Bağırovun, yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin və hər yeni illi isə ötən illərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.
İctimai işlərdə fədakarlıq göstərən, dostlarına ,yaxınlarına isti münasbətdə olan mayor Bağırov Vuqar Hayqa oğlu 1966-cü ilin yanvar ayının 23- də Zəngilan rayonun Məmmədbəyli kəndində zəhmətkeş ailədə anadan olub.
1982 -ci ildə Zəngilan rayon Məmmədbəyli kənd orta məktəbi, 1989 cu ildə Ryazan Ali hərbi avtomobol mühəndis mexanika məktəbini bitrib, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində,Zabitlərin hazırlığı üzrə tədris mərkəzində və hərbi hissələrində kecirlən, müvafiq ixtisas artırma kurslarında, bir çox təlim-metodiki toplanışlarda, xüsusi- taktiki təlimlərdə, nümunəvi- göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.
Xoş ünsiyyəti və təvazökarlığı ilə secilən, mayor Vuqar Bağırov 1989-1991 — ci illərdə Sovet Ordusunun Sankt- peterburq şəhərində yerləşən hərbi hissələrində taqım komandiri, bölük komandirinin texniki hissə üzrə müavini,1991- 1992 -ci illərdə Azərbaycan Ordusunun Zəngilan rayonunda yerləşən hərbi hissəində avtomobil xidmət rəisi vəzifəsində olub.O,1992- 2004-ci illərdə isə Daxili Qoşunların Binəqədi,Xəzər və Xətai rayonlarında yerləşən hərbi hissələrində avtomobil və zirehli texnika bölüyün komandiri, Sürücülər və kicik komandirlər hazırlayan tədris bölüyün komandiri, tabor komandirİ vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
Hec kəsi özndən incitməyən, xoş rəftarı və şirin dili ilə hər kəslə doğmalıq münasibəti yaradan, Müharibə Veteranı ehtiyatda olan mayor Vuqar Bağırov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ( Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
İşgüzar, calışqan ,işinə qətiyyətli, mübariz keyfiyyətli olan,Vuqar Bağırov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
O, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,fövqaladə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında ,baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə təltif olunub, bir cox fəxri fərmanlarla və qiymətli hediyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Bacarıqlı, təşkilatcı və qayğıkeş insan Vüqar Döyüş hazırlığınsa, xüsusi taktiki təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətindəz döyüş növbəsində xüsusi fəriqləndiyinə görə şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə «Qüsursuz Xidmətlərə Görə » 1-ci ,2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» isə 10-iliyi yubiley medaları ilə təltif olunub,ictimai işlərdə fəriqləndiyinə görə isə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin təsis etdiyi isə xatirə medaları ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. VUQAR!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)sədrının hüquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev