21.11.2024

Biz bu gün aldığımız nəfəsi, onların verdiyi son nəfəsə borcluyuq

IMG-20230119-WA0000.jpg
AVMVİB  Neftcala rayon şöbəsinin Banqa qəsəbəsinin özək sədri ehtiyatda olan gizir Mübariz Hüseynov

Bu gün arzumuzun azadlıq günü

Bu gün azadlığın zirvə günüdü

rUlu babaların səpdiyi dəni

Cücərdən millətin zərbə günüdür 


20.01.2023-cü il bu gün  8  vətən övladının,şəhidlərmizin anım gününü qeyd edirik. Bu mənzərə məni bir Qarabağ veteranı kimi çox üzür. axı onlar bizim silah yoldaşımız, qan qardaşımız idilər Allah şəhidlərimizin  ruhlarını şad eləsin. Biz bu gün aldığımız nəfəsi,onların verdiyi son nəfəsə borcluyuqBu gün min illərlə gələn yollarıınSabaha açılan hür qapısıdırHaqqını istəyən mərd oğullarınŞərəflə keşdiyi nur qapısıdır 
1.Şəhid Yolçu Babzadə Bəhruz oğlu (20 yanvar 2002 ci Şəki rayonu Qozlubulaq kəndində doğulub    — 7 oktyabr 2020; Cəbrayıl rayonunda şəhid olub) -Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 
2.Şəhid Süleyman Bağırov Kamil oğlu  (20 yanvar 1995-ci ildə Hacıqabul rayonu Qubalıbalaoğlan kəndində doğulub — 8 noyabr 2020-ci ildə Şuşa şəhərində şəhid olub) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 
3. Şəhid İsmət Hacıyev Şölət oğlu  (20 yanvar 1993-cü ildə Quba rayonunda doğulub — 27 sentyabr 2020-ci ildə Tərtər rayonunda şəhid olub ) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı
4.Şəhid Eşqin Hüseynov Cəsarət oğlu  (20 yanvar 1998 -ci ildə Tərtər rayonu Hüsənli kəndində doğulub – 29 sentyabr 2020 -cu ildə  Suqovuşan ,Tərtər rayonunda şəhid olub) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri 
5.Şəhid Fikrət  Məmmədov Sulduz oğlu Məmmədov (20 yanvar 1982 -ci ildə Füzuli rayonunda doğulub  — 28 sentyabr 2020-ci ildə Füzuli rayonunda şəhid olub) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, 
6.Şəhid Səbuhi  Orucov Vahid oğlu  (20 yanvar 1993-cü ildə Bakı şəhərində doğulub  – 26 oktyabr 2020 -ci ildə Laçın rayonunda şəhid olub) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, 
7.Şəhid Anar Şükürov  Mehman oğlu  (20 yanvar 1977-ci ildə Sumqayıt şəhərində doğulub – 16 oktyabr 2020-ci ildə Tərtər rayonunda şəhid olub) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, «Həmlə» Taborunun Komandiri,  Vətən Müharibəsi Qəhrəmanı. 
8.Şəhid Yunis  Surxayev  Rafik oğlu  (20 yanvar 2002 -ci ildə Qobustan rayonu  Şıxlar kəndində doğulub    — 13 oktyabr 2020-ci  Suqovuşanda şəhid olub) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 
Bu gün yer üzündə ən qədim xalqınÖzünə yenidən dönüm anıdırVətəni canından çox sevənlərinVətən qarşısında imtahanıdır 
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbəsi adından «Başın sağolsun, Vətən» deyib şəhid ailələrinə səbr diləyirik. 
Bu gün öz qanıyla yazdı bu millətƏn yeni tarixin salnaməsiniUcaldı müqəddəs şəhidləriyləÇatdırdı dünyaya haqqın səsini.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: