TƏBRİK: AĞAYEV TAHİR CƏLAL OĞLU — 61
AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev 2-ci qrup müharibə əlili, ehtiyyatda olan mayor Ağayev Tahir Cəlal oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan mayor Ağayev Tahir Cəlal oğlu 3 yanvar 1962-ci ildə Qubadlı rayonunun İşıqlı kəndində dünyaya göz açıb.
2-ci Qurup Müharibə əlili Tahir Ağayev 1979-cu ildə Qubadlı rayonunun İşıqlı kənd orta məktəbini, 1982-ci ildə Sovet ordusunun Volqoqrad şəhərində yerləşən hərbi məktəbi, 1986-ci ildə isə Sumqayıt Dövlət (Politexnik) Texniki kolleci bitrib. O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində (hərbi hissələrində və xarici ölkələrdə keçirilən kuruslarda, xüsusi taktiki təlimlərdə, metodiki-təlim toplanışlarda,seminar və konfranslarda fəal iştirak etmişdir.
Tahir Cəlal oğlu Ağayev 1980-1981-ci illərdə Sovet ordusunun Komsomolsk- Amurda yerləşən hərbi hissədə müdddətli həqqi hərbi xidmətdə olub. 1982 — 1990-cı illərdə Sovet ordusunun Bakı şəhərində yerləşən hərbi hissədə müxtəlif vəzifələrdə olub.
Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan mayor 1990- 2010-cu illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Binəqədi, Ağdam və Ağdərə rayonlarında yerləşən hərbi hissələrdə bölüyün baş cavuşu(starşına rota), taqım komandiri, böluk komandirinin müavini, böluk komandiri,Mühəndis və Kimya xidməti rəisi vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
Tahir Ağayev peşəkarlığı və humanistliyi ilə seçilən ən məhsuldar dövrünün 30- ildən cox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirərək üzərinə düsən vəzifələ və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
O, Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam və Ağdərə rayonları istiqamətdə) gedən döyüşlərdə iştirak edib və ağır yaralanıb.
Tahir Cəlal oğlu Ağayev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
O, Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, Fövqaladə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə «Əla Xidmətlərə görə » döş və yubiley nişanları ilə təltif olunub, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, döyüş xidməti və döyüş növbəsində xüsusi fəriqlənməyə görə, şücaət və fədakarlıq xidmətlərinə görə SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə «Silahlı Qüvvələr Veteranı»,»Qüsursuz Xidmətlə rə Görə» 1-ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» isə 70-iliyi ,10-illiyi, 90-illiyi yubiley medaları ılə təltif olunub
Azərbaycan Respublikasının Prezidentinin 30 iyun 2002-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda ,müttəşəkil cinayətkarlığa, terrorculuğa və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, xüsusi fəriqləndiyinə görə «VƏTƏN UĞRUNDA » medalı ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, TAHİR MÜƏLLİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev