08.09.2024

ŞƏRƏFLƏ YAŞANAN ÖMÜR : TOFIK CƏFƏROV — 59

İnsan üçün ən yaddaqalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömrə bəzək olan ad günü hər il xüsusi qeyd olunur. Belə insanlardan biridə peşəkarlığı, hümanistliyi, vətənpərvərliyi, təvazökarlığı, işgüzarlığı və səmimiyyəti ilə secilən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Gəncə şəhər Nizamı fualnın şöbə sədri istefada olan baş leytenant Cəfərov Tofik Zaman oğludur. Dekabr ayının 10-da onun doğum günüdür.

Daimi həyatın bütün snaqlarından alnıacıq və üzüağ cıxan 1-ci qurup Müharibə Əlilli Cəfərov Tofiq Zaman oğlunu, doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi səmimi qəlbdən təbrik edir,ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib-tükənməyən naliyyətlər arzulayır.

Arzu edirik ki, Tofik Cəfərovun yaşının üstə gələn bu yaş ona, sevinc dolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin. Yüksək vətənpərvərliyi seçilən 1-ci qurup Müharibə Əlilli Cəfərov Tofik Zaman оğlu 1963-cü ilin dekabr ayının 10-da Daşkəsən rayonunun Dardərə kəndində zəhmətkeş ailədə anadan olub. О, 1981 -ci ildə Daşkəsən rayonunda orta məktəbi, 1986-cı ildə isə Ukrayna Respubikasının Dnepetrovski şəhərində Dağ mədənləri Sənaye İnstitutunu bitrib. 1986-1991-ci ilərdə həmin şəhərin şəhərində Dağ mədənləri sənayesində, Gəncə şəhərində isə Almünum zavodunda master vəzifələrində işləyib. İctimai işlərdə fədakarlıq göstərən,dostlara, yaxınlarına isti münasibətdə olan Tofik Cəfərov 1992- 1994 cü illərdə Azərbaycan Ordusun Ağdam, Ağcabədi, Beylaqan və Fizuli ayonlarında yerləşən hərbi hissələrində tank taqımın və tank bölüyün komandiri vəzifələrində Vətənə, Dövlətə, Xalqa sədaqətlə xidmət etmişdir .
Hec kəsi özndən incitməyən, xoş rəftarı və şirin dili ilə hər bir kəslə doğmalıq münasibəti yaradan Tofik Cəfərov Hal -hazırda, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Gəncə şəhər Nizami fialının şöbə sədri vəzifəsini yerinə yetirir.


Tofik Cəfərov 1992- 1994 cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam, Beylaqan, və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gələrək ağır yaralanmışdır. O, Azərbaycan Ordusunda xidmət etdiyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Goronboy rayon şöbəsinin sədri vəzifəsini yerinə yetrdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi istiqamətində,Hərbi Andın,Hərbi nizamnamələrin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizamnaməsinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. İş və döyüşcü yoldaşları Tofiki, vətənpərvər, qorxmaz, saxavətli, əliacıq və zəhmətkeş insan kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta təhsil məktəbdə, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost- tanış, qohum — əqrəba arasında özünə layiq hörmət qazanıb. Xidməti və ictimai vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Azərbaycan Ordusunun Baş Qərargah rəisinin, Korpus və hərbı hissə komandirlərlərinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin müvafiq əmrləri ilə döş nişanları, fəxri fərmanlarla, qiymətli hediyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medalarla təltif edilib:

  • «Böyük Zəfər » medalı ilə;
  • “Siahlı Qüvvələrin yaranmasının» (1918 — 2018) 100 illiyi yubiley medalı ilə;
  • “Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaranmasının’ (1994- 2019) 25 illiyi yubiley medalı ilə;
  • “ Müharibə Veteranı” medalı ilə ;

    DOĞUM GÜNÜN MÜBARƏK OLSUN TOFİK BƏY. ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN! HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azerbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin huquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: