22.12.2024

ŞƏRƏFLİ ZABİT ÖMRÜ: ELDAR BAĞIROV – 61

İnsan üçün ən yaddaqalan tarixlərdən biri onun doğum günüdür Belə insanlardan biri də, Azərbaycan Ordusunda və Din Daxili Qoşunlarında öz dəst xətt olan, peşəkarlığı və humanistliyi,sadəliyi, səmimiyyəti, işgüzarlığı və mənəvi keyfiyyətilə secilən müharibə veteranı istefada olan Mayor Eldar Bağırovdur. Dekabr ayının 1-də onun 61 yaşı tamam oldu. Daimi həyatın bütün çətinliklərindən alınıacıq və üzüağ istefada olan mayor Bağırov Eldar Əşrəf oğlunu dogum günü munasbətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır. Arzu edirik ki, Eldar Bağırovun, yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

Müharibə Veteranı istefada olan mayor Bağırov Eldar Əşrəf oğlu 01 dekabr 1963-cü ildə Bakı şəhərində anadan olub. O, 1979- ci ildə Yasamal rayonunun 158 saylı tam orta məktəbini , 1984-ci ildə Azərbaycan Texniki Universitetini (Poltexnik İnstitutunu), Naxçıvan Müxtar Respublikasında hərbi kafedranı, Müdafiə Nazirliyinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Bas İdarəsinin hərbi məktəblərində zabitlərin ixtisas artırma kursunu bitrib. O, Xarici ölkələrdə, Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirlən bir cox metodiki-təlim toplanışlarında, xüsusi-taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

Eldar Bağırov 1984-1992-ci illərdə Dəzgahqayırma istehsalat birliyində mühəndis vəzifəsində işləyib. 1993- 1998-ci illərdə Müdafiə Nazirliyinin döyüş bölgələrində yerləşən hərbi hissələrində taqım komandiri, tabor komandirinin silahlandırma üzrə müavini, 1999-2016-cı illərdə isə Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində Mühəndis xidmət rəisi vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, Hərbi və Daxili Qoşunların Döyüş xidməti nizamnamələrinin tələblərinin yerinə yetirilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyətlə və şərəf hissi ilə yerınə yetirmişdir.

O, Müdafiə Nazirliyinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində özünü qorxmaz, insanpərvər, saxavətli, əliaçıq zəhmətkeş zabit kimi göstərmişdir. Eldar Bağırov istər yaşadığı ərazidə, istərsə də oxuduğu və təhsil aldığı təhsil müəssisələrində, qohum-əqraba arasında, istərsə də xidmət etdiyi və işlədiyi kolektiv, dost-tanış arasında özünə layiq hörmət qazanmışdır. Azərbaycan Respublikasında ictimai əsayişin qorunmasında, içtimai təhlükəsizliyin təmin edilməsində, şəhərdə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, cinəayətkarlığa qarşı mübarizədə, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır. Müharibə Veteranı, istefada olan mayor Eldar Bağırov peşəkarlığı və hümanistliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 24 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirib.

Hərbi vəzifələrin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna görə, nümunəvi xidmətinə eləcədə hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, İdarə və şöbə rəisinin, hərbi hissə komandiri və onların müavinlərinin müvafiq əmrləri ilə «əla xidmətlərə görə» döş və yubiley nişanları ilə, fəxri fərmanlarla, müvafiq diplomlarla və qiymətli hədiyələrlə mukaflandırlıb və ona təşəkkür elan edilib. «Xidmətdə fəriqləndiyinə görə» Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə «Qüsursuz xidmətlərə görə» 1-ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» isə 10 illiyi, 90-illiyi və 95-iliyi yubiley medalları ilə təltif olunub.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ELDAR! ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN! HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN! DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi məsələlər üzrə müavini Polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: