21.11.2024

Tiflisdən İrəvana əliboş yola saldılar…

Ermənistanın sayı bir neçə minə çatan yük maşınları hələ də Lars keçid məntəqəsindən (Rusiya-Gürcüstan sərhədi) keçə bilmir.

Bu barədə “Joqovurd” qəzeti yazır.

Erməni nəşrinin məlumatına görə, keçid məntəqəsindən başlayan yük maşını karvanı paytaxt Tiflisə çatır:

“Növbədə qalan yük maşınlarının sürücüləri Rusiyaya əsasən ərzaq, meyvə-tərəvəz apardıqlarını və zaman keçdikcə məhsulların xarab və yararsız hala düşdüyünü deyirlər. Buna görə də böyük zərərə və maddi itkilərə məruz qalırlar. Onlar iki həftədən çoxdur növbə gözləyirlər.

Parlament sədrinin sözçüsü Tsovinar Xaçaturyandan spiker Alen Simonyanın Gürcüstana səfəri zamanı bu mövzunun müzakirə olunub-olunmaması ilə maraqlandıq. O bildirdi ki, gürcü həmkarı ilə görüşdən sonra keçirdiyi brifinqdə Simonyan ümumi kontekstdə nəqliyyatla bağlı məsələləri də müzakirə etdiklərini bildirib.

Çox güman ki, söhbət və ya danışıqlar istənilən nəticəni verməyib”.

Mənbə: Teleqraf.com

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: