24.05.2024

Milli Məclisdə nə baş verir !?

Seyid Mübariz Ağa

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbəsi Bankə qəsəbəsi Özək sədri, ehtiyatda olan gizir

Noyabrın 5-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirilib. İclası açan Milli Məclisin sədri bildirib ki, gündəliyin birinci məsələsi 8 Noyabr − Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı ilə bağlıdır. 8 noyabr Zəfəri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Silahlı Qüvvələrimizin döyüş əzminin və peşəkarlığının, “dəmir yumruğa” çevrilmiş milli birliyimizin nəticəsi olub.

P.S. “8 Noyabr − Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı ilə bağlıdır”. Bu Milli Məclis öz dediyi sözə uyğun niyə qərar qəbul etmir? Tam əksinə, “Müzəffər, dəmir yumruğa, Silahlı Qüvvələrimizin döyüş əzmi və s…” Silahlı Qüvvələrimizin döyüş əzmini sındıracaq, ruhdan salan qərarlar qəbul edir və yazılan məktublara cavab vermir. Yazılmış məktubların tarixi: “21 Aprel 2022-ci il. 05 May 2022-ci il. 10 May 2022-ci il. 16 May 2022. Bu 4 fərqli tarixdə yazılam məktub sadəcə ehtiyatda və istefada olan hərbi qulluqçuların “Qocalar Döyüşə Gedir” qurupunun 202 üzvulərinin yazdığı məktubdur. Əgər hesab etsək ki 100 minlərlə ehtiyatda və istefada olan hərbi qulluqçu vardır o zaman bu məktubların sayı hesaba gəlməz. Hörmətli vəkil İlqar Allahverdiyev deyir: “Bu — S. Müslümov bu “pensiya islahatı”nın nümunəsini Rusiyadan götürmüşdü, sələfləri də davam etdirir. Nəticədə Rusiya Ordusunun hansı vəziyyətə düşdüyünü bütün dünya gördü. 100 minlərlə hərbi vəzifəli səfərbərlikdən qaçaraq ölkəni tərk etdi. Yəni, hərbçi peşəsi artıq Rusiyada prestij peşə sayılmır. Bundan artıq deyiləcək söz yoxdur.”

Həqiqətən də bundan artıq deyiləcək söz yoxdur…

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: