21.11.2024

Ukraynanın cənubunda 200 yaşayış məntəqəsi işğaldan azad edilib — RƏSMİ

Noyabrın əvvəlindən Ukrayna hərbçiləri ölkənin cənubunda 200 yaşayış məntəqəsini işğaldan azad edib. 

Bu barədə noyabrın 15-də Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

«İndi müdafiə qüvvələri tədricən bir neçə istiqamətdə irəliləyir. Bunu Xarkov vilayəti, Luqansk və cənub haqqında demək olar. Noyabrda cənubda təxminən beş min kvadratkilometr ərazi və 200-ə yaxın yaşayış məntəqəsi azad edilib», — Malyar bildirib.

O, həmçinin qeyd edib ki, ərazilərin dərinliklərinə doğru irəliləyən ruslar işğaldan azad edilmiş yaşayış məntəqələrinə zərbələr endirməkdə davam edir. Hər gün rusların onlarla hücumunun baş verdiyi Donetsk vilayətində ən şiddətli döyüşlər davam edir.

“Şimalda aktiv hərbi əməliyyatlar yoxdur. Bununla belə, Belarus ərazisində Rusiya texnikası və şəxsi heyətinin hərəkəti var”, — deyə Malyar bildirib.

Mənbə: Qafqaz.media

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: