08.09.2024

AVMVİB Neftçala rayon şöbəsində

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftcala rayon şöbəsinin üzvləri 8 Noyabr — Zəfər Günü tədbirindən öncə şəhidlərimizin məzarlarını ziyarət ediblər.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftcala rayon sədr müavini Mustafayev Şakir Qüdrət oğlu Zəfər Günündən öncə Surra kənd sakini şəhid gizir Ağasadıq Xəlil oğlu Aslanov 2-ci ildönümü yas mərasimində iştirak ediblər. Mərasimdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov iştirak edib.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala Rayon rayon sədir müavini Mustafayev Şakir Qüdrət oğlu məlumat verib.


Şəhid gizir Ağasadıq Aslanov Azərbaycan Hərbi Hava Qüvvələrində Türkiyə istehsalı Bayraktar pilotsuz uçuş aparatları (PUA) ilə uçuşlar həyata kecirirdi.

Daha sonra müharibə veteranları Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun dəvətiylə Neftcala rayonunda keçirilən 8 Noyabr — Zəfər Günü tədbirində iştirak ediblər.


Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala Rayon sədir müavini Mustafayev Şakir Qüdrət oğli, (AVMVİB) Neftçala Rayon Bankə qəsəbəsi Özək sədri Hüseynov Mübariz Eldar oğlu ilə birgə qaziləri, rayon ictimaiyyəti, gənclər, şəhid anaları iştirak ediblər.


Tədbir Neftçala Rayon Heydər Əliyev Mərkəzində keçirilib.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala Rayon sədir müavini Mustafayev Şakir Qüdrət oğlu, AVMVİB Neftçala Rayon şöbəsi Bankə qəsəbəsi Özək sədri Hüseynov Mübariz Eldar oğlu Neftcala veteranları adından Füzuli Rzaquliyev başda olmaqla Birlik üzvlərini və Azərbaycan xalqını təbrik etdilər!

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: