Neftçala veteranları 9 Noyabr Bayraq Gününü qeyd ediblər
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala Rayon şöbəsi Bankə qəsəbəsi Özək sədri ehtiyatda olan gizir Qarabağ Müharibəsi Veteranı Hüseynov Mübariz Eldar oğlu Xalqımızı 9 NOYABR — AZƏRBAYCAN RESPUBLIKASININ DÖVLƏT BAYRAĞI GÜNÜ münasibəti ilə Xalqımızı təbrik edir!
Neftçala Rayon Bankə qəsəbəsində Bankə qəsəbə İƏD üzrə nümayəndəsi Nağıyev Tarel Tarix oğlu ilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala Rayon Bankə qəsəbəsi Özək üzvüləri 9 NOYABR — AZƏRBAYCAN RESPUBLIKASININ DÖVLƏT BAYRAĞI GÜNÜ münasibəti ilə bağlı görüş kecirildi.
Görüşdə Bankə qəsəbəsi Özək sədri ehtiyatda olan gizir Qarabağ Müharibəsi Veteranı Hüseynov Mübariz Eldar oğlu qazilərə öz çıxışında bildirdi ki, Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub.Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, Müasirlik və İslamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılıb və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan edib.Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Bayraq milli identikliyin təzahür formalarından biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala Rayon Bankə qəsəbəsi Özək sədri Neftcala veteranları adından Füzuli Rzaquliyev başda olmaqla Birlik üzvlərini və Azərbaycan Xalqını 9 NOYABR — AZƏRBAYCAN RESPUBLIKASININ DÖVLƏT BAYRAĞI GÜNÜ münasibəti ilə təbrik edib!
Hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala Rayon şöbəsi Bankə qəsəbəsi Özək sədri ehtiyatda olan gizir, Qarabağ Müharibəsi Veteranı Hüseynov Mübariz Eldar oğlu