Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan İSTİNTAQA ÇAĞIRILDI
Qarabağ separatçı tör-töküntülərinin başçısı Arayik Arutyunyan dindirilməyə çağırılıb.
Bu barədə “Joxovurd” qəzetinin məlumatın yayıb. Qəzetin məlumatına görə, Qarabağdakı qondarma qurumun “müdafiə ordusu”nun keçmiş komandanı, general-leytenant Mikael Arzumanyana qarşı başlanmış cinayət işi üzrə Arayik Arutyunyan dindirilib.
“Bundan başqa, bizə çatan məlumatlara görə, generallar Qarabağdan İrəvana gəliblər, hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşüblər. Onlar Arzumanyanın azad edilməsi məsələsini müzakirə ediblər.
Qeyd edək ki, cinayət prosesində bir sıra üz-üzə qarşıdurmalar davam edir. İbtidai istintaq orqanı AO-nun keçmiş komandiri ilə qarşıdurma təşkil edərək Qarabağdakı komandirlərini və digər şəxsləri dindirməyə çağırır.
Cinayət prosesinin gedişində üzləşdirmə adətən işdə iştirak edən şəxslərin ifadələrində ziddiyyətlər olduqda həyata keçirilir.
Xatırladaq ki, Arzumanyan sentyabrın 1-də həbs edilib”, –deyə qəzet yazır.
Xuraman Etibarlı
Mənbə: KONKRET.az