08.09.2024

Lənkəranda 8 Noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Qazilərimiz, veteranlarımız Şıxəli Qurbanov adına Lənkəran şəhər Yaradıcılıq Klubunun dəvətiylə «8 Noyabr — Zəfər Gününə Həsr Olunmuş’ Şuşada Dalğalanan Zəfər» adlı tədbirdə iştirak ediblər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev məlumat verib.


Tədbir Azərbaycan Respublikasının Himni ilə açıq elan edildi.


Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Çıxış edənlər qazandığımız 44 günlük Qələbədən söhbət açdılar.


Zəfər Bayramı münasibətiylə döyüşçülər adından xalqımızı təbrik etdik .

N. Məmmədli

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: