«Biz Qarabağ məsələsinin Azərbaycanın xeyrinə həll olunmasının əleyhinəyik” — Aşotyan
“Sülh prosesi çox sadədir – bu, Qarabağın təslim edilməsidir”.
Bunu Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan jurnalistlərlə söhbətində bildirib.
“Kiminsə sülh şərtlərini diktə etdiyi şəraitdə sülhdən söhbət gedə bilməz. Bu, beynəlxalq hüququn yazılı və yazılmamış normasıdır.
Onun fikrincə, sülh adlanan proses çox sadədir – bu, Qarabağın təslim edilməsidir.
İki ssenari var: pis və ən pis. Biz elə vəziyyətə düşmüşük ki, bizim yalnız bir imkanımız var. Biz Qarabağ xalqının öz müqəddəratını təyin etmək hüququndan imtina edə bilmərik, “Arsax”a son qoya bilmərik. Söhbət Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnun sövdələşməyə tabe olmaması prinsipindən gedir. Biz Qarabağ məsələsinin Azərbaycanın xeyrinə həll olunmasının əleyhinəyik”, – Aşotyan çərənləyib.
O bildirib ki, bəzi variantlar haqqında söhbət gedir, lakin onların konkret nədən danışdığını başa düşmək üçün bir dənə də dərc edilmiş sənəd yoxdur.
Onun sözlərinə görə, bunu ictimaiyyətdən gizli saxlamağa çalışırlar.
Xuraman Etibarlı
Mənbə: KONKRET.az