Masallıda 8 Noyabr Zəfər Günü ilə əlaqədar bayram tədbiri keçirilib
Masallı şəhər 4 saylı tam orta məktəbdə 8 Noyabr Zəfər Günü ilə əlaqədar bayram tədbiri keçirilib. Tədbirdə Azərbaycan Vətən Müharubəsi Veteranlar İctimayi Birliyi (AVMVİB) Masallı rayon şöbəsinin üzvləri də iştirak etmişlər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Masallı rayon şöbəsi sədrinin təşkilati işlər üzrə müavini Seymur Əkbərov məlumat verib.
Tədbirdə 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti barədə çıxışlar olub.
Masallı şəhər 4 saylı tam orta məktəbin direktor müavini Rahid Məmmədov, çağrışaqədər hərbi hazırlıq üzrə rəhbər Rafiq Abbasov, şəhid ailəsi Günay Seyfullayeva, Cabir İbadov, müharibə veteranları, müəllim və şagirdlər tədbirin işində yaxından iştirak etdilər.
Məktəblilərin ifa etdikləri maraqlı ədəbi-bədii kompozisiyalar diqqəti cəlb edirdi.
Nurlan Məmmədli