15.10.2024

“Xankəndidəki mitinqin təşəbbüskarı general Volkovdur” — Erməni mediası

Ötən gün Xankəndidə — Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında rus əyyaşı və ermənilərin biznes ortağı general-mayor Andrey Volkovun təşəbbüsü ilə separatçı qrupa dəstək aksiyası keçirilib.

Aksiyada könüllü-məcburi əsaslarla 12 minə qədər insan iştirak etdiyi bildirilir. Vereleq.am isə iştirakçıların 40 min olmasını yazıb və unudur ki, Qarabağda hazırda 23-25 min nəfər erməni əhalinin yaşadığı bəllidir. Ruslar isə bu rəqəmin 48 min olmasına iddia edirlər.

“Epress.am”da dərc olunan məqalədə “Respublika Naminə” partiyasının lideri Arman Babacanyana istinadən də mitinqin Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-mayor Andrey Volkovun təşəbbüsü ilə baş tutduğu bildirilir.

Volkov deyib ki, əgər Ermənistan nizamlanmanın Rusiya variantından imtina edərsə, sülhməramlı missiya Qarabağı tərk edəcək.

Siyasətçi mitinq və Stepanakertdə rus generalının təhlükəsi haqqında olan yazını olduğu kimi diqqətinizə çatdırırıq:

Paşinyan-Putin-Əliyevin Soçi görüşü ərəfəsində Stepanakertdə Ermənistanla Azərbaycan arasında bağlanmış sülh müqaviləsinin Rusiya və ya Moskva deyilən variantına dəstək məqsədilə ümumartsax mitinqi keçirilir. Mitinqin təşəbbüskarı Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-mayor Andrey Volkov olub, onun sözlərinə görə, Ermənistan nizamlamanın rus variantından imtina edərsə, sülhməramlı missiya (S)artsaxı tərk edəcək.

“Ümumiyyətlə, bu ilin yazında Rusiya sülhməramlılarının iştirakı ilə Parux ətrafında baş verən hadisələri, digər strateji yüksəkliklərin azərbaycanlılar tərəfindən «işğalında» eyni sülhməramlıların rolunu müzakirə etmək istəmirəm.

Ermənistanın suveren ərazisi hücuma məruz qalanda (S)artsax xalqının niyə bir dəfə də olsun mitinq, aksiya keçirmədiyini bilmirəm <…>”, Ermənistan parlamentinin keçmiş deputatı, “Respublika Naminə” partiyasının lideri Arman Babacanyan, Facebook-da yazır.

“(S)artsaxlılar səhv düşünürlər və ya bilərəkdən əmin olublar ki, onlar nizamlanma prosesində heç bir iştirakları olmayacaqdır.

«Stepanakert» İrəvan qarşısında tələblər irəli sürməməli, beynəlxalq ictimaiyyətə müraciət etməlidirlər ki, bundan sonra İrəvan (S)artsaxı təmsil etmir.

Onlar tələb etməlidirlər ki, ATƏT-in Minsk Qrupu həmsədrləri İrəvana yox, Stepanakertə getsinlər.

(S)artsax öz subyektivliyini bərpa etmək üçün gündəlik işə başlamalıdır.

Sonsuz olaraq rusların ətəyindən yapışmaqdansa, beynəlxalq təşkilatlarla, müxtəlif ölkələrin paytaxtları ilə intensiv əlaqə saxlamalı, işləməliyik.

Bununla paralel olaraq, beynəlxalq mexanizmlərin və təminatların tətbiqi ilə Bakı ilə ən çətin söhbətə, danışıqlara tam məsuliyyətlə hazırlaşmaq lazımdır.

Bu, bəlkə də çətin, uzun, lakin (S)artsaxı xilas etməyin, onu erməni olaraq saxlamaq üçün yeganə yoldur.

İstəsək də, istəməsək də, Rusiya sülhməramlılarının orada olması müvəqqətidir.

Xüsusilə bu gün Rusiyanın sülhməramlı mövcudluğunun effektivliyi şübhə doğurur: biz həqiqətən də təhlükəsizliklə bağlı uzunmüddətli beynəlxalq mexanizmlərin tətbiqi barədə düşünməliyik.

Nə qədər çətin olsa da, başa düşmək lazımdır ki, sırf Ermənistan-Rusiya münasibətləri çoxdan mövcud deyil. Ermənistan-Rusiya münasibətlərində Ankara və Bakı çoxdan var və hər hansı məsələni düşünəndə bunu nəzərə almaya bilmərik.

Sizin mitinqləriniz Ermənistanda dəstəklənsə, Vətənin möhkəmlənməsinə, erməni xalqının birliyinə və Ermənistanın uzunömürlülüyünə yönəlsəydi, dəyərli olardı”, — deyə siyasətçi yekunlaşdırıb.

P.S. Dərəni boş görüb çaqqallar bir yerə yığışıb…

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: