«Vaqner»in qərargah rəisinin müavini öldürüldü
Ukraynanın «Xortiça» əməliyyat-strateji qoşun qruplaşması Rusiyanın «Vaqner» muzdlularının qərargah rəisinin müavinini öldürüb.
Axar.az xəbər verir ki, bu barədə “Xortiça”nın Feysbuk hesabında bildirilib.
“Döyüş tapşırığını yerinə yetirərkən xüsusi bölməmiz məşhur «Vaqner»in bir qrup silahlısı ilə qarşılaşıb. 200 vaqnerçi məhv edilib. Onlar arasında qərargah rəisinin müavini də olub”, — məlumatda qeyd olunub.